mobil versiya

Əlcəzair səfiri Biləsuvarda pambıq yığımında iştirak edib



Biləsuvarın pambıq tarlalarında “ağ qızıl”ın yığılmasında bu dəfə təkcə yerli pambıqçılar deyil, Əlcəzairin ölkəmizdəki səfiri Zəkiyyə İğıl da iştirak edib.

“Bu, Biləsuvara mənim ilk səfərimdir. Sözün düzü, ilk dəfədir pambıq yığıram. Möhtəşəmdir və mən bunu həqiqətən çox xoşladım” , - deyə səfir bildirib.
Xanım səfir pambıqçılığın Azərbaycanın iqtisadiyyatında mühüm rol oynadığını bildirməklə yanaşı, bölgədə kənd təsərrüfatı texnologiyaları və suvarma sistemləri haqqında da məlumat almaqda maraqlı olduğunu vurğulayıb.


Səfər çərçivəsində xanım səfir Əlcəzairin milli mətbəxini təbliğ edən kulinariya üzrə master-klasa qatılıb, həmçinin Azərbaycan milli mətbəxinə aid yeməklərin hazırlanma prosesində iştirak edib. (Azərtac)



KARUSEL / ÖLKƏ
Tarix: 21-10-2025, 11:02