mobil versiya

“Çeburaşka” cizgi filmi ən çox gəlir gətirən ilk on film layihəsində



Rusiyanın “Soyuzmultfilm” studiyasının hazırladığı sevimli cizgi film olan "Çeburaşka" yerli kassada yüksək gəlir əldə edərək, rekord vurmağa davam edir.

Rejissoru Dmitri Dyaçenko olan animasiya filminin nümayişindən cəmi beş gün sonra onun kassa gəlirləri iki milyard rublu keçib.

Beləliklə, "Çeburaşka" artıq Rusiya kino bazarı tarixində ən çox gəlir gətirən ilk on film layihəsində yer alıb və davamlı pul qazanma sürətinə görə onun yaxın vaxtlarda ilk üçlükdə olmaq şansı var.

Qeyd edək ki, indiyədək Rusiyada “Çeburaşka”nın ən yaxın rəqibləri “Zveropolis”“Karib dənizinin quldurları 5: Ölülər nağıl danışmır” cizgi filmləridir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-01-2023, 12:53