mobil versiya

“Vitis Kojuşna” şirkətinin rəhbərləri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda olub



Üzümçülük və Şərabçılıq ET İnstitutunun ting istehsalı və ixracı üzrə Beynəlxalq əlaqələri genişləndirilir.

"Reportyor.az xəbər verir ki, Moldovanın ən böyük ting ixracatçısı “Vitis Kojuşna” şirkətinin rəhbəri Gheorghe Gaberi və icraçı direktoru Valentin Gaberi və “CRİCOVA” Moldova Şərabları şirkətinin rəsmi idxalçısı Niyaməddin Mustafayev tanışlıq və birgə əməkdaşlıqların müzakirəsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda olublar. 
Görüş zamanı İnstitutun direktoru Vüqar Səlimov institutun mandatına uyğun olaraq həyata keçirdiyi fəaliyyət, yetişdirilən yerli və introduksiya olunmuş üzüm sortları, tədqiqat prioritetləri, qarşıda duran vəzifələr haqqında məlumat verib. Hər iki tərəf üçün ting istehsalı və tədarükü istiqamətində birgə fəaliyyətin, bilik və bacarıqların paylaşılmasının uğurlu olacağı vurğulanıb. Məqsəd yerli və nadir üzüm sortlarımızın çoxaldılması və qorunub saxlanması istiqamətində tədqiqatların genişləndirilməsidir.
Daha sonra qonaqlar, institutun “Fiziki kimyəvi analizlər”, “Emal” və “Calaq” laboratoriyasında,  olublar. Sonda isə qonaqlar institutun müxtəlif illərdə istehsal olunub qorunub saxlanılan şərab zirzəmisi ilə də tanış olublar.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-01-2023, 15:21