mobil versiya

Ötən ay Azərbaycanda əhali banklardan 135 mln. manat depoziti geri çəkib



2024-cü ilin aprel ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli 34 milyard 812.8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı bildirir verir ki, bu göstəricinin həcmi əvvəlki ayla müqayisədə 0.42% və ya 146,5 milyon manat azalıb.
Ötən ay əhali banklardan 135 milyon manatdan çox depoziti geri çəkib. Belə ki, cari ilin aprel ayının 1-nə fiziki şəxslərin depozitlərinin həcmi əvvəlki ayla müqayisədə 135.1 milyon manat azalaraq 12 milyard 868.5 milyon manat, hüquqi şəxslərin depozitlərinin həcmi isə 11.4 milyon manat azalaraq 21 milyard 944.3 milyon manat təşkil edib.
Xatırladaq ki, bu ilin aprel ayının 1-də fiziki şəxslərin depozitləri ilin əvvəli ilə müqayisədə 286.3 milyon manat artıb, hüquqi şəxslərin depozitləri isə 23.6 milyon manat azalıb(apa).

KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-04-2024, 13:40