mobil versiya

Ötən ay Azərbaycanda kafe və restoranlara 124.9 milyon manat xərclənib



2023-cü ilin fevral ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 124 milyon 930,1 min manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.2% və ya 38 milyon 295.8 min manat çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 255,5 milyon manat təşkil edib. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2%-i hüquqi şəxslərin, 49,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2% artaraq 127 milyon manat olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-03-2023, 14:27