Ölkədə sosial ödəmələr üzrə daxilolmalar artıb

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 56,7 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 41,8 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 291,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,1 faiz artıb və 204,3 milyon manat təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 15-05-2023, 13:59