İstehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb
2022-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 383,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, istehsal edilən məhsulun 4 milyard 952,5 milyon manatı heyvandarlıq, 5 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-01-2023, 16:19