Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Cari ilin ilk iki ayında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 4811 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 2556,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,7 faiz artaraq 2254,1 milyon manata bərabərdir. İstehlak məhsullarının 33,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-03-2023, 17:27