Hərbçilərimiz Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub

Bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviter hesabında yazıb.
“General (Hikmət -red) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
KARUSEL / SİYASƏT
Tarix: 7-02-2023, 11:21