mobil versiya

Azərbaycanda özəl aviaşirkət bağlanıb



Azərbaycanda "Turan Air" MMC özəl aviaşirkəti bağlandığını elan edib.
Azərbaycanın ilk özəl aviaşirkəti olan Turan Air 1994-cü il aprelin 16-da təsis olunub və nizamnamə kapitalı 2,47 milyon manat təşkil edib. MMC-nin təsisçisi Gülnarə Quliyeva olub.
Məlumata görə, kreditorlar MMC-yə qarşı tələblərini Heydər Əliyev Beynəlxalq Hava Limanına göndərə bilərlər.
Xatırladaq ki, "Turan Air" MMC-nin ilk təsisçiləri "Azərbaycan Hava Yolları" QSC və ABŞ-nin ITI Trading International şirkəti olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-03-2023, 16:31