mobil versiya

Finlandiya NATO-ya üzv oldu




NATO ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri çərşənbə axşamı ABŞ-yə Finlandiyanın alyansa qəbuluna dair sənədləri təqdim edib və bu vaxtdan etibarən Finlandiya blokun 31-ci üzvü olub.
Sənədlərin ötürülməsi barədə NATO-nun mətbuat xidməti yayımlayıb.
"Artıq Finlandiyanın NATO-nun 31-ci üzvü olduğunu bəyan edə bilərəm", - ABŞ dövlət katibi Entoni Blinken mərasimdə deyib.
NATO baş katibi Yens Stoltenberq ittifaq ölkələrinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə "Finlandiyanın NATO-ya üzv olmasının İttifaqın 74-cü ildönümündə ən yaxşı hədiyyə olduğunu" bildirib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto daha əvvəl ölkənin NATO-ya daxil olması haqqında sənədi imzalamışdı. Bu barədə "Yle" teleradioşirkəti deyib.
Finlandiyanın xarici siyasət idarəsinin rəhbəri sənədin imzalanma anını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, Türkiyə nümayəndələri də Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası haqqında sənədi ABŞ dövlət katibi Entoni Blinkenə təqdim ediblər.
KARUSEL / DÜNYA
Tarix: 4-04-2023, 18:25