mobil versiya

Milli Məclis İran parlamentinə qarşı cavab bəyanatı verib



Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. 

Report” xəbər verir ki, bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.
Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:
“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxrib atıdır”.
***
Milli Məclisin (MM) plenar iclasında spiker Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edilib.
"Report"un xəbərinə görə, Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.
Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.
İclasın davamında bəyanat mətni səsləndiriləcək və qəbul ediləcək.

KARUSEL / GÜNDƏM
Tarix: 7-04-2023, 12:27