mobil versiya

Azərbaycan Mərkəzi Bankının dövriyyədəki notlarının dəyəri 1 milyard manatı keçib



Mayın 10-da Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri bu il fevralın 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, notların ümumi dəyəri mayın 4-ü ilə müqayisədə 60 milyon manat artaraq 1 milyard 20 milyon manata çatıb.
Xatırladaq ki, AMB ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 7,37 %, 7,74 %, 8,26 % və 8,9 %-dir.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-05-2023, 10:46