mobil versiya

Bu il 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb



Cari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda 157 milyon 555 min manatlıq narkotik vasitələr dövriyyədən çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən xəbər verir.
Bildirilib ki, 2023-cü ilin yanvar-may ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 157 milyon 555 min AZN kimi qiymətləndirilir.
KARUSEL / HADİSƏ
Tarix: 16-06-2023, 17:19