mobil versiya

Bu il 107 milyon 846 min manatlıq narkotik maddə dövriyyədən çıxarılıb



Bu ilin üç ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən götürülən 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-ci ilin yanvar-aprel aylarının yekununa dair məlumatda öz əksini tapıb.
Bildirilib ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı31,satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı204nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kq 890,876 qr artıb. O cümlədən, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 108, digər növ cinayət faktların sayı 6, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 2, qrup halında olan cinayətlərin sayı isə 9 fakt azalıb.


KARUSEL / ÖLKƏ
Tarix: 12-05-2023, 17:44