mobil versiya

Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə



Bakı, Sumqayıt və Şamaxı şəhərlərində yerləşən kolleclərə qəbul olmaq üçün musiqi sənəti və təsviri sənət istiqamətləri üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçən abituriyentlər ”İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin şəhərlərdə yerləşən kolleclərə qəbul üçün qabiliyyət imtahanları Bakıda keçiriləcək.
Musiqi sənəti istiqaməti üzrə imtahanlar iyulun 6, 7 və 10-da Bülbül adına orta ixtisas musiqi məktəbində, təsviri sənət istiqaməti üzrə imtahanlar isə iyulun 8-10-da 167 saylı tam orta məktəbdə təşkil olunacaq.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən tarixdə və saatda ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).
Musiqi sənəti istiqaməti üzrə imtahana gələn abituriyentlər digər sənədlərlə yanaşı, proqram formasını da çap edərək gətirməlidirlər.
İmtahanların qrafiki DİM-in saytındakı cədvəldə verilib.
KARUSEL / ÖLKƏ
Tarix: 16-06-2023, 17:51