mobil versiya

Rusiya hərbçiləri və sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədində qalacaq


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dünən Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılsa da, onlar Ermənistanın Türkiyə və İranla sərhədində qalacaqlar.
Rusiya KİV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə bizim hərbçilər və sərhədçilər Ermənistanın bir sıra bölgələrində yerləşdiriliblər. Paşinyan şərtlərin dəyişməsi ilə bağlı hazırda belə bir ehtiyac olmadığını qeyd edib və Prezident Putin də bununla razılaşıb, nəticədə hərbçilərimizin və sərhədçilərimizin geri çəkilməsi razılaşdırılıb”, - o bildirib.
Eyni zamanda Peskov vurğulayıb ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaq. “Onlar orada qalacaqlar və öz funksiyalarını yerinə yetirməyə davam edəcəklər”, - Kreml nümayəndəsi söyləyib.(report)
KARUSEL / DÜNYA
Tarix: 9-05-2024, 15:46