Nikol Paşinyan: "Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur"
“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir:
“İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən regionda sülhün bərqərar olmasından yanadır”.
N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.//report.az
KARUSEL / SİYASƏT
Tarix: 4-08-2022, 15:15