mobil versiya

Paşinyan “Zvartnots” hava limanına çatmağı və Moskvaya getməyi bacarıb



Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvadakı üçtərəfli görüşü öncəsi “Zvartnots” hava limanına çatmağı bacarıb və Moskvaya yollanıb.

Qazet.az xəbər verir ki, müxalifətin etiraz aksiyasının iştirakçılarından biri Paşinyanın Moskvada “hansısa anti-erməni sənədlərinə” imza atacağı təqdirdə Ermənistanın hava məkanının bağlanacağını bildirib.

“Nikol Paşinyan qanuni lider deyil, Ermənistanı təmsil etmir, sabah imzaladığı sənədlərin heç bir hüquqi dəyəri olmayacaq”, – deyə qeyd edilib.

Xatırladaq ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın Moskvaya gedə bilməməsi üçün “Zvartnots” hava limanına gedən yolu səhər saat 8-dən bağlamışdı.

Bu gün (11 yanvar) Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün, habelə ayrı-ayrı Putin-Paşinyan, Putin-Əliyev görüşlərinin keçirilməsi planlaşdırılır.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 11-01-2021, 10:36