mobil versiya

Pensiya kapitalından istifadə mümkündür? - Millət vəkili açıqladı



Bir sıra inkişaf edən ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi üçün mümkündür.
Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki,pensiya kapitalında istifadə mütəmadi müzakirə edilən məsələdir.
"Milli məclisdə keçirilən iclasda pensiya kapitalnın istifadəsi ilə bağlı təklifləri bildirmişəm. Bir sıra inkişaf edən ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi üçün mümkündür. Bizim də təklifimiz ondan ibarətdir ki. Azərbaycanda pensiya kapitalı olan vətəndaşlarımıza belə imkan yaradılsın. Burada söhbət pensiya kapitalının müəyyən hissəsinin digər məqsədlər üçün istifadə edilməsindən gedir. Xüsusən də təklifimiz onda ibarətdir ki, pensiya kapitalının bir hissəsi məsələn ümumi yığılmış pensiyanın üçdə biri həmin pensiya kapitalına sahib olan vətəndaş tərəfindən pensiya yaşı tamam olmadan bir sıra digər məqsədlər üçün istifadə edilməsi məqsədəuyğun olardı. Məsələn əgər vətəndaşın pensiya kapitalı 60 min manatdırsa, biz təklif edirik ki, həmin kapitalın 20 min manatı məhz vətəndaş pensiya yaşı çatmadan istifadə etmə hüququna sahib olsun. Düşünürük ki, bu pensiya kapitalının daha səmərəli istifadəsinə, vətəndaşın rəsmi məşğulluğa təşviq edilməsinə gətirib çıxara bilər. Bu halda vətəndaşlar əmək müqaviləsi ilə çalışmaqda daha maraqlı olacaqlar",- deyə deputat əlavə edib.
KARUSEL / SOSİAL
Tarix: 4-07-2023, 17:32