mobil versiya

Romada qədim tarixə malik mərmər büst tapılıb



İtaliyanın qədim mərkəzi olan Roma şəhərinin əsas tarixi ərazilərindən birində aparılan tikinti işləri nəticəsində qədim dövrlərə aid ağ mərmər büst aşkarlanıb.
Bu barədə şəhərin meri Roberto Qualtieri məlumat verib: “Roma öz tarixi keçmişinin qiymətli sübutlarını qaytarmağa davam edir. Romanın tarixi məkanlarından olan Piazza Augusto Imperatore-də aparılan təmir işləri zamanı gözəl tarixi mərmər baş və digər dəyərli əşyalar tapılıb. Bu isə bizim ölkə üçün qürurvericidir”.
Onun sözlərinə görə, arxeoloqlar və bərpaçılar hazırda tapıntıları bərpa edərək, onu tədqiq etməklə məşğuldurlar: “Büstün üzə çıxarılması arxeoloqların diqqətli işi sayəsində mümkün olub və ümid edilir ki, tapıntı mütəxəssislərə şəhərin qədim tarixi haqqında tədqiqatları daha da dərinləşdirməyə kömək edəcək. İlkin rəylərə əsasən, yeni tapılan mərmər büstün gözəllik ilahəsi kimi təsvir olunan Afroditanın heykəlinə aid olması ehtimal edilir”.
Qeyd edək ki, konservatorlar və arxeoloqlar hazırda bu qədimi əşyanı bərpa etməyə ümid edirlər, eyni zamanda, əsas məqsəd arxeoloji tapıntını dərindən tədqiq edərək, onun yaşını və hansı dövrə aid olduğunu müəyyənləşdirməkdir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-07-2023, 17:33