mobil versiya

DOST xidmətlərinin sayı 159-a çatdırılıb



Ölkəmizdə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində aparılan çoxşaxəli sosial islahatlar fonunda qüvvədə olan qanunvericiliyə yeni sosial institut olan “Himayədar ailə” konsepsiyasının daxil edilməsi ilə bu sahədə yeni mərhələyə keçidin təməli qoyulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “DOST Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişikliyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 iyul tarixli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na müvafiq xidmətlər əlavə olaraq daxil edilib.
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əlavə edilmiş yeni 5 xidmət nəzərə alınmaqla xidmətlərin sayı 159-a çatdırılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 21-07-2023, 15:42