mobil versiya

Macarıstan səfirliyi macar filmlərini nümayiş etdirəcək



Macarıstanın ölkəmizdəki səfirliyi online formatda macar filmlərinə baxmağa dəvət edir.
Səfirliyin Facebook səhifəsində bildirilir ki, filmləri seyr etmək üçün qeydiyyatdan ödənişsiz keçməklə filmlərdən həzz almaq mümkündür.
Qrup üzvləri üçün ilk nümayiş oktyabrın 14-də olacaq, film nümayiş etdiriləcək: Kincsem/ Bet on Revenge ingilis və azərbaycanca subtitrlərlə veriləcək. Filmlərə giriş Azərbaycan ərazisində qalan və ya yaşayanlar üçün nəzərdə tutulub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-10-2023, 13:08