mobil versiya

Əfqanıstanda məscid partladılıb



Əfqanıstanın şimalında, Baqlan əyalətinin inzibati mərkəzi Puli-Xumri şəhərində şiə məscidinin partladılması nəticəsində ən azı 17 nəfər həlak olub.
"Aamaj News" xəbər verir ki, partlayış dindarların toplaşdığı “İmam Zaman” məscidində baş verib. Hadisə nəticəsində, həmçinin 50-dən çox insanın yaralandığı bildirilir.
Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

KARUSEL / DÜNYA
Tarix: 13-10-2023, 17:56