mobil versiya

Bakıda 38 yaşlı qadın qətlə yetirilib



Oktyabrın 16-da 1985 təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

KARUSEL / HADİSƏ
Tarix: 16-10-2023, 15:46