mobil versiya

Putin BCM-nin həbs qərarına məhəl qoyayaraq Çinə gəlib



Rusiya prezidenti Vladimir Putin Çinə yüksək səviyyəli səfərə gəlib. O, burada çinli həmkarı Si Cinpinlə görüşəcək və üçüncü “Bir kəmər, bir yol” Forumunda iştirak edəcək.
“Reuters”in məlumatına görə, səfər Putinin Rusiyanın hərbi müdaxiləyə başladığı Ukraynadan uşaqları deportasiya etdiyi iddiası ilə Beynəlxalq Cinayət Məhkəməsinin - ( International Criminal Court - ICC) həbs qərarı ilə üzləşdiyi vaxta təsadüf edir.
Pekinin paytaxtı beynəlxalq hava limanında Putini Çinin ticarət naziri Vanq Ventao qarşılayıb. Bu, Putinin BCM-nin mart ayında order verdiyindən sonra onun ikinci xaricə səfəri və bu il keçmiş Sovet İttifaqından kənarda ilk səfəridir. O, bu ayın əvvəlində keçmiş sovet respublikası olan Qırğızıstana səfər edib. Nə Qırğızıstan, nə də Çin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üzrə yurisdiksiyaya malik BCM-nin üzvü deyil. Beynəlxalq Cinayət Məhkəməsi 123 üzv dövlətdən tələb edir ki, Putin onların ərazisinə daxil olarsa, həbs edilsin və mühakimə olunmaq üçün Haaqaya aparılsın.
Putinin Çinə səfəri Qərblə artan gərginlik şəraitində bir-birini siyasi və iqtisadi cəhətdən dəstəkləyən iki ölkə arasında sıx əlaqələrin və “məhdudiyyətsiz” tərəfdaşlığın nümayişi kimi qiymətləndirilir.
BCM-nin orderinin verilməsindən bir neçə gün sonra Putinlə sonuncu dəfə Moskvada görüşən Çin lideri onu Çinin Asiya, Afrika və Avropada ticarət və infrastrukturu inkişaf etdirmək üçün əsas təşəbbüsü olan “Bir kəmər və bir yol” forumuna qoşulmağa dəvət edib.
Rusiya mətbuatının verdiyi məlumata görə, Putin forumun açılış ziyafətində iştirak edəcək və Vyetnam, Tailand, Monqolustan və Laos liderləri ilə danışıqlar aparacaq.
Forumun baş qonağı kimi Putin çıxış edəcək və həmin gün Si Cinpinlə ikitərəfli görüş keçirəcək, “Bir kəmər, bir yol” və enerji əməkdaşlığını müzakirə edəcək.
Pekin Moskva ilə tərəfdaşlığını Qərbin tənqidlərinə qarşı müdafiə edərək, onların münasibətlərinin beynəlxalq normaları pozmadığını və Çinin istədiyi ölkə ilə əməkdaşlıq etmək hüququna malik olduğunu bildirib.
Forumun əsas diqqəti Asiyanı Afrika və Avropa ilə birləşdirən qlobal yollar, dəmir yolları, limanlar, boru kəmərləri və digər layihələrin qurulmasını nəzərdə tutan, on il əvvəl Cinpin tərəfindən irəli sürülən möhtəşəm plan olan “Kəmər və Yol” təşəbbüsüdür.
Putin bu təşəbbüsü yüksək qiymətləndirərək deyib ki, bu, “heç kimin başqalarına heç nə tətbiq etmədiyi” beynəlxalq əməkdaşlıq platformasıdır.
Rusiyanın əsas enerji bazarı olan Avropa ilə münasibətlərini gərginləşdirən Ukrayna münaqişəsi başlayandan Rusiya və Çin də enerji əlaqələrini gücləndirib.
Rusiya Çinə gündə təxminən 2,0 milyon barel neft ixrac edir ki, bu da onun ümumi xam neft ixracının üçdə birindən çoxdur. Rusiya həmçinin Çinə ikinci təbii qaz kəməri çəkməyi planlaşdırır.
Rusiyanın neft-qaz nəhəngləri Rosneft və Qazprom rəhbərləri Putinin nümayəndə heyətinin bir hissəsidir, lakin enerji sahəsində yeni sövdələşmələr gözlənilmir.
Kreml bildirib ki, səfər “tam hüquqlu ikitərəfli” deyil, beynəlxalq konfrans çərçivəsində həyata keçirilir.
KARUSEL / DÜNYA
Tarix: 17-10-2023, 09:07