mobil versiya

Macarıstanın dörd vətəndaşı Qəzzada girov saxlanılır



Macarıstan hökumətinə ölkənin dörd vətəndaşının Qəzzada əsir düşməsi barədə məlumat daxil olub.
Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto deyib.
Nazirin sözlərinə görə, əvvəlcə ona cümə axşamı ölkənin iki vətəndaşının, ertəsi gün üçüncü, bir gün sonra isə, yəni şənbə günü daha bir macarəsilli vətəndaşın əsir götürülməsi barədə xəbər veriblər. “Dörd əsirdən ikisi uşaqlardır”, - deyə P.Siyyarto əlavə edib.
Nazir onu da bildirib ki, əsirlər barədə məlumat İsrailin hakimiyyət orqanları və əsirlərin ailələri tərəfindən daxil olub.
“Hökumət əsirlərin mümkün qədər tez bir zamanda təhlükəsizlikdə olmalarından ötrü əlindən gələni edir”, - deyə o vurğulayıb.

KARUSEL / DÜNYA
Tarix: 6-11-2023, 10:32