mobil versiya

“Ən böyük səhvim Putinlə münasibətim olub” - “Yalnız ağılsız adam Ukraynaya hücum edərdi”


“Mənim ən böyük səhvim o olub ki, mən Putinə münasibətdə tamamilə yanılmışam. Çünki yalnız ağılsız adam belə faciəli bir səhvə yol verərək, Ukraynaya müdaxilə edərdi”.
Bunu Çexiyanın sabiq Prezidenti Miloş Zeman “Nova” telekanalına müsahibəsində deyib.
Vaxtilə Vladimir Putinlə yaxın münasibətilə tanınan Zeman bildirib ki, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlamaqla təkcə Ukraynaya deyil, özünə də böyük ziyan vurub.
Qeyd edək ki, Zeman 2023-cü ilin yazına qədər Çexiya Prezidenti olub. Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı işğalçılıq müharibəsinə qədər Zeman rusiyameylli siyasət aparıb. 
Hətta Çexiyanın sabiq Prezidenti dünya birliyini Rusiyanın Krımı ilhaq etməsilə barışmağa və Moskvaya qarşı sanksiyalara son qoymağa çağırırdı. Lakin 2022-ci ilin fevralından etibarən Zemanın mövqeyi kəskin şəkildə dəyişib. O, Ukraynaya silah yardımını dəstəkləməklə yanaşı, çexiyalı könüllülərin Ukrayna tərəfində döyüşməsinə də icazə verib.(“AzPolitika.info”)


KARUSEL / DÜNYA
Tarix: 6-11-2023, 12:44