mobil versiya

"Qəzzaya göndərilən yardımlar əhaliyə çatacaq" - Entoni Blinken



Qəzzaya göndərilən yardımlar əhaliyə çatacaq.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə jurnalistlərin sualını cavablayarkən deyib.
"İsrail-Fələstin münaqişəsini həll etməyə çalışarkən həm də gələcəyi düşünürük. Görüş zamanı əsas diqqəti girov məsələsinə yönəltdik. Hesab edirik ki, girovların azad edilməsində digər ölkələr də mühüm rol oynaya bilər. İsveçə gəlincə, prezident Ərdoğanın üzvlük protokolunu imzalaması və parlamentə göndərməsi son dərəcə müsbət haldır", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib. Görüş çərçivəsində İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparılıb.
KARUSEL / DÜNYA
Tarix: 6-11-2023, 17:12