mobil versiya

Bu klubla Qətər klubu arasında əməkdaşlığın gələcək perspektivlərindən danışılıb



Qətərdə səfərdə olan "Sumqayıt" Futbol Akademiyasının nümayəndə heyəti "Aspire" Akademiyasının rəhbərliyi ilə görüşüb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, "Aspire" Futbol Mərkəzində baş tutan görüşdə əvvəlcə Akademiyanın direktoru Hakan Sünalla "Aspire" Akademiyasının Futbol Departamentinin sədri Said Ali Al-Marri arasında görüş olub. Tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər və iki akademiya arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Ardınca isə müvafiq yaş qrupları arasında yoldaşlıq görüşləri baş tutub.
Qeyd edək ki, komandalar bu gün və sabah da yoxlama oyunları keçirəcəklər.

KARUSEL / İDMAN
Tarix: 7-11-2023, 13:42