mobil versiya

İbn Sina xəstəxanası mühasirəyə alınıb



İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində İbn Sina xəstəxanasını mühasirəyə alıb.
“Əl-Cəzirə” xəbər verir ki, hərbçilər xəstələrin və həkimlərin müəssisəni tərk etmələrini tələb edir.
Xəstəxananın tibb personalı İsrail ordusunun tələblərini yerinə yetirməkdən imtina edib və xəstələrə qulluq göstərməkdə davam edir.
“Al Mayadeen” telekanalı bildirir ki, İsrail hərbçiləri artıq İbn Sina xəstəxanasının təcili yardım otağına basqın etməyə və tibb işçilərini dindirməyə başlayıb.

KARUSEL / DÜNYA
Tarix: 17-11-2023, 09:54