mobil versiya

Qeyri-neft sektorunda artım proqnozu açıqlanıb



Neft-qaz sektorunda 1,7 faiz azalma, qeyri-neft sektorunda isə 4,6 faiz artım proqnozlaşdırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, artım ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması hədəfinə uyğundur.
“Bu göstəricilər həyata keçiriləcək tədbirlər nəticəsində əldə olunacaq. Qeyri-neft sektorunun inkişafı sahəsində atılan addımların nəticəsidir ki, qarşıya qoyulan məqsədlərə, hədəflərə uğurla nail oluruq. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində geniş tədbirlər həyata keçirilir”, - deyə o əlavə edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-11-2023, 12:00