“AzerGold” QSC Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat mərasimini keçirib

17 noyabr 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin təqdimat mərasimi keçirilib.
Tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Z.İbrahimov bütün həyatını, varlığını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş və xalqımızın qəlbində əbədilik qazanmış dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov isə qeyd edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan edilən 2023-cü ildə “AzerGold” QSC tərəfindən istehsal edilmiş qızıl sikkə tarixə öz imzasını qızıl hərflərlə yazmış Ümummilli Liderin zəngin mənəvi irsinin təbliğinə mühüm töhfədir.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. Müxtəlif dizaynlarda hazırlanmış qızıl və gümüş sikkə kolleksiyaları ölkəmiz və onun tarixi, incəsənəti, mədəni irsinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 17-11-2023, 16:59