mobil versiya

Ermənistan Ordusu mülki şəxslər üçün hərbi məqsədlə dronlardan istifadə üzrə təlimlər keçib - MN



Ermənistan Silahlı Qüvvələri mülki şəxslər üçün hərbi məqsədlə dronlardan istifadə üzrə təlimlər keçib.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.
"44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə 10 mindən çox piyada əleyhinə və 3 mindən çox tank əleyhinə minalar aşkarlanıb. Sentyabrın 19-da keçirilən antiterror tədbirləindən əvvəl bu rayonlara qanunsuz yolla silah daşınmağa davam edilib. Bundan başqa, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr endirmək məqsədilə mülki şəxslər üçün dronlardan istifadə üzrə təlimlər keçib", - o deyib.(trend)

KARUSEL / GÜNDƏM
Tarix: 20-11-2023, 17:14