mobil versiya

Dərnəgüldəki inşaat materialları bazarı yanır


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.
Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
Yanğın zamanı işçilər arasında xəsarət alanlar var.
APA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, yanğının sahəsi 4000 kv metrə yaxındır:
“Yanğınla bağlı ayrı-ayrı mənbələr var. Yanan taxtaların oradan çıxarılması çətinlik yaradır. Çünki yüksək tempratur var. Xüsusi texnikalar işləyə bilmir. Hal-hazırda biz tempraturu aşağı salmağa çalışırıq ki, əməkdaşlarımız rahat işləyə bilsin”.


KARUSEL / HADİSƏ
Tarix: 23-11-2023, 08:14