mobil versiya

Zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb



Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Q.Yetirmişli bildirib ki, zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb.
Xatırladaq ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub.
Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.




KARUSEL / CƏMİYYƏT
Tarix: 7-12-2023, 12:47