mobil versiya

Bu ölkə ilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlığı müzakirə olunub



Azərbaycan və Səudiyyə Ərəbistanı nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib.
Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşü barədə deyib.
“Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə nazir əlavə edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-12-2023, 17:32