mobil versiya

Tramp məşhur “Evdə tək” filminə necə çəkildiyindən danışıb



ABŞ-ın keçmiş prezidenti Donald Tramp 1992-ci ildə çəkilmiş məşhur “Evdə tək” filmində necə çəkildiyini açıqlayıb. 
Tramp  filmdə rol almasını ondan rejissor Kris Kolumbusun xahiş etdiyini bildirib.
“30 il əvvəl rejissor Khris Kolumbus və başqaları” Evdə tək” filmində epizodik rol oynamağı xahiş etdilər. Onlar çəkiliş üçün Nyu- Yorkda mənim sahibi olduğum Plaza otelini icarəyə götürmüşdülər. Mən çox məşğul idim və təklifə razılıq verməyə vaxtım yox idi. Amma onlar çox israr etdilər. Nəticədə razılaşdım. Qalanı təfərrüatlardır” – deyə Tramp dekabrın 27-də sosial şəbəkə səhifəsində yazıb.
Trump qeyd edib ki, onun epizodik rolu filmin uğur qazanmasına kömək edib.
Tramp o zaman böyük iş adamı və bir televiziya proqramının aparıcısı idi. Onun ekranda görünüşü 10 saniyədən çox çəkmir. Tramp balaca Kevinə otelin holluna necə getməyi göstərir. Tramp bu filmi “ən böyük Milad hitlərindən” biri adlandırıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-12-2023, 10:06