mobil versiya

Ceyhun Bayramov İranda səfirliyimizin bağlanması məsələsinə aydınlıq gətirib




Qonşu dövlətlərlə münasibətlər xarici siyasətdə prioritet yer tutur. İl ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 6 səfəri həyata keçirilib.
Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyimizin heyəti təxliyə olunub. Bununla yanaşı, iki ölkə arasında sözügedən mövzuda yüksək səviyyəli təmaslar baş verib. Təmaslar nəticəsində gərginliyi yumşaltmaq mümkün olub: "İranda səfirliyimizin bağlanmasının çox konkret səbəbləri var idi. Bundan sonra İranla bu məsələ müzakirə edildi. Bu cinayəti törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyin təhlükəsizliyi təmin edilməlidir. Bizə məhkəmə prosesinin başlama tarixləri verilib. Nəticələrdən asılı olaraq qərar qəbul ediləcək”,- deyə nazir qeyd edib.
KARUSEL / GÜNDƏM
Tarix: 28-12-2023, 15:54