mobil versiya

Panadero “Qarabağ”dan ayrılıb



“Qarabağ” klubu futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.
Bu barədə ispaniyalı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.
26 yaşlı oyunçu Ağdam təmsilçisində olduğu müddətdə ona etimad göstərən insanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, 2021-ci ildə “Qarabağ”la müqavilə bağlayan Qaspar Panadero icarə əsasında Kiprin AEK komandasında da çıxış edib.

KARUSEL / İDMAN
Tarix: 8-01-2024, 10:23