mobil versiya

“Qafqazın Rastrelli'si” kimi tanınan polşalı mühəndis və memarın bu gün anım günüdür



120 il əvvəl, 1904-cü il yanvarın 15-də “Qafqazın Rastrelli'si” kimi tanınan polşalı mühəndis və memar Yuzef Qoslavski Bakıda vəfat edib. 
O, 1892-1904-cü illərdə Bakının baş memarı olub, Azərbaycan paytaxtında bu gün də mövcud olan bir çox mühüm tikililərin, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin binası, keçmiş Müsəlman Qızları Məktəbinin binası (indiki Əlyazmalar İnstitutu), Tağıyev Sarayı (indiki Milli Azərbaycan Tarixi Muzeyi) və bir çox başqalarının müəllifidir. Yuzef Qoslavsk köhnə katolik qəbiristanlığında dəfn olunub (1930-cu illərdə sovet hakimiyyəti tərəfindən dağıdılmış, mövcud olmayan Çəmbərəkənd qəbiristanlığının bir hissəsində).
Qoslavski və Bakıda yaratmış digər polşalı memarlar tərəfindən layihələndirilmiş, seçilmiş binaları haqda Polşa Respublikasının Bakıdakı Səfirliyinin YouTube kanalında “Azərbaycanda Polşa İrsi” adlı layihəsi çərçivəsində yaradılmış videoçarxları izləmək olar:

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-01-2024, 13:49