mobil versiya

ADY həftəsonu 19 mindən çox sərnişin daşıyıb


Azərbaycan Dəmir Yolları (ADY) həftəsonu 19 mindən çox sərnişin daşıyıb.
ADY-dən bildirilib ki, qarlı hava şəraitində 16778 sərnişin Abşeron dairəvi, 1679 sərnişin Bakı-Ağstafa-Bakı, 564 sərnişin Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfər edib.
Bundan başqa, 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1706 müraciət cavablandırılıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-01-2024, 13:46