mobil versiya

Husilər Rusiya və Çin gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçidinə vəd verib



Qırmızı dənizdə Rusiya və Çin gəmiləri təhlükə altında deyil.
Bu barədə "İzvestiya" qəzetinə müsahibəsində “Ənsar Allah” hərəkatının (husilər) siyasi bürosunun üzvü Məhəmməd əl-Bahiti bildirib.
“Bütün digər ölkələrə, o cümlədən Rusiya və Çinə gəldikdə, onların regionda daşınma ilə bağlı təhlükəsi yoxdur. Üstəlik, biz onların gəmilərinin Qırmızı dənizdə təhlükəsiz keçməsini təmin etməyə hazırıq”, - o qeyd edib.
Onun sözlərinə görə, məqsədləri İsrail üçün iqtisadi xərcləri artırmaqdır: “Biz sülhə hazırıq, lakin ABŞ və Böyük Britaniya Yəmənə hücumları, Qəzza zolağındakı müharibəni dayandırmalı və dərman, yanacaq, eləcə də qidanın fasiləsiz axını təmin etməlidir”.(report)


KARUSEL / DÜNYA
Tarix: 19-01-2024, 11:28