mobil versiya

2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Dallasdakı stadionda keçiriləcək



2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Dallasdakı (Texas, ABŞ) stadionda keçiriləcək.
Bu barədə ESPN məlumat yayıb.
Oyun Milli Futbol Liqasında (NFL) çıxış edən "Dallas Cowboys" klubunun ev oyunlarının oynanıldığı "AT&T Stadium"unda keçiriləcək.
Arenanın maksimal tutumu 105 min tamaşaçıdır.
Stadion 2009-cu ildə istifadəyə verilib və 1 milyard 300 milyon dollara başa gəlib.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Final iyulun 19-da baş tutacaq.

KARUSEL / İDMAN
Tarix: 23-01-2024, 09:47