mobil versiya

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi Səyyad Salahlıya həvalə olunub


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.

KARUSEL / SİYASƏT
Tarix: 16-02-2024, 15:16