mobil versiya

Bakıda və regionlarda intensiv yağıntılar olacaq



Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 metr/saniyəyədək güclənəcək.


KARUSEL / ÖLKƏ
Tarix: 21-02-2024, 17:09