mobil versiya

Pakistanda təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma baş verib



Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində altı silahlı şəxs öldürülüb.
Pakistan ordusunun media mənbəyi olan xidmətlərarası ictimai əlaqələr bölməsinin açıqlamasında bildirilir ki, təhlükəsizlik qüvvələri vilayətin Şimali Vəziristan rayonunda kəşfiyyat xarakterli əməliyyat keçirib.
Məlumatda, həmçinin əməliyyatın gedişində təhlükəsizlik qüvvələrinin bir hərbçisinin yaralandığı, çox sayda silah, sursat və partlayıcı qurğunun aşkarlandığı qeyd olunub.

KARUSEL / DÜNYA
Tarix: 29-02-2024, 13:49