“Qarabağ” Universitetində işləyən müəllimlər yüksək maaş alacaq

Bu barədə Təhsil naziri Emin Əmurullayev keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, ali məktəbdə təhsil pulsuz olacaq. Tələbələr yataqxana ilə təmin olunacaq, onlara əlavə təqaüd veriləcək.
Nazir deyib ki, Qarabağ Universitetində çalışacaq müəllimlər müsabiqə qaydasında seçiləcək. Qarabağ zonasından olan müəllimlərə üstünlük veriləcək.
“Yaxın aylarda Xankəndi, Şuşa və Ağdamdan olan müəllimlərlə görüş keçirləcək”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-02-2024, 16:22