mobil versiya

Azərbaycan və Qətər arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişafı müzakirə edilib



Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 16:53