mobil versiya

İran Fars körfəzində ABŞ tankerini ələ keçirib



İran Fars körfəzində ABŞ-yə məxsus xam neft daşıyan tankeri ələ keçirib.
Bu barədə İran KİV məlumat yayıb.
Qeyd olunub ki, "Advantage Sweet" tankeri İran məhkəməsinin orderi əsasında ələ keçirilib.
Xatırladaq ki, bu ilin fevral ayında ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.
"ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib", – deyə CENTCOM-un saytında dərc olunan məlumatda qeyd edilir.
KARUSEL / DÜNYA
Tarix: 6-03-2024, 13:26